Si Cinpin Tibetlə bağlı əmr verdi

07.01.2025

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Çin Prezidenti Si Cinpin genişmiqyaslı zəlzələnin baş verdiyi Tibet Muxtar Bölgəsində sakinlərin xilas edilməsi və onlara yardım göstərilməsi üçün maksimum səy göstərilməsini əmr edib.

Redaktor.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

"İnsanların axtarışı və xilas edilməsi, yaralılara tibbi yardımın göstərilməsi və mümkün itkilərin qarşısını almaq üçün hər cür səy göstərilməlidir", - Çin lideri vurğulayıb.

O, həmçinin qeyd edib ki, ÇXR-in səlahiyyətli idarələri ikinci dərəcəli fövqəladə hallara səbəb ola biləcək riskləri də aradan qaldırmalıdır.

Türkan İSGƏNDƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью