Si Cinpin Trampla ətraflı fikir mübadiləsi aparmağa ümid edir

18.11.2026

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Çin ABŞ Prezidenti Donald Trampla ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə ətraflı fikir mübadiləsi aparmağa ümid edir”. 

525.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin bəyan edib.

“Ümid edirəm ki, Çin-ABŞ münasibətləri, Asiya-Sakit Okean regionunda əməkdaşlıq və dünyadakı vəziyyətlə bağlı mühüm məsələlər ətrafında sizinlə ətraflı fikir mübadiləsi aparacaq, həmçinin qarşılıqlı hörmət, ədalət və qarşılıqlılıq prinsiplərinə əsaslanan, konstruktiv və strateji baxımdan sabit Çin-ABŞ münasibətlərini inkişaf etdirəcəyik”, - Si Cinpin ABŞ lideri Donald Trampı qarşılayan zaman bildirib.

Noyabrın 19-da Şençjen şəhərində Rusiya Prezidenti Vladimir Putin, Si Cinpin və Donald Trampın iştirakı ilə üçtərəfli sammit keçiriləcək.

Bu, qeyd edilən formatda ilk belə görüş olacaq.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью