Si Cinpindən Trampla görüşdə mühüm mesaj

19.11.2026

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çin və ABŞ arasında ikitərəfli münasibətlər sabitdir və inkişaf edir. Bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin APEC sammiti çərçivəsində Şençjen şəhərində ABŞ Prezidenti Donald Trampla görüşü zamanı bəyan edib.

O bildirib ki, iki ölkə arasındakı münasibətləri “düzgün məcraya” yönəltmək üçün Trampla əməkdaşlığa sadiq qalmaqda davam edir.

“Biz strateji sabitliyə əsaslanan konstruktiv Çin-ABŞ münasibətlərinin yeni tərifini formalaşdırmışıq. Hörmət, ədalət və qarşılıqlılıq prinsipləri əsasında bu münasibətlərə yeni məzmun vermişik”, – deyə Si Cinpin bildirib.

N.Talıblı

AzPost.az

Post navigation

Previous: Ukrayna Tatarıstanda Rusiyanın neft arteriyasını vurdu – VİDEO

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью