Si Cinpindən Zelenskiyə MƏKTUB

26.08.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çin Xalq Respublikasının Sədri Si Cinpin Ukrayna Prezidenti Volodimir Zelenskiyə ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Redaktor.az xəbər verir ki, Zelenski Si Cinpinin məktubunu sosial media hesabında paylaşıb.

Çin lideri məktubunda Ukrayna xalqına səmimi təbriklərini və xoş arzularını çatdırıb. O, Çin və Ukrayna arasında dostluğun hər iki ölkə xalqlarının fundamental maraqlarına cavab verdiyini vurğulayıb.

Məktubun Çin dilində yazılması diqqət çəkib. Digər dünya liderləri isə Zelenskini Müstəqillik Günü münasibətilə əsasən ingilis dilində təbrik ediblər.

Zelenski isə cavabında ümid etdiyini bildirib ki, Çin Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılmasında güclü diplomatik rol oynayacaq.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью