Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.
Vaşinqtonda səfərdə olan Çin Sədri Si Cinpinin ABŞ lideri Donald Tramp ilə görüşü maraqlı anlarla yadda qalıb.
Hurriyyet.media xəbər verir ki, əvvəlcə Tramp Çin liderinə Ağ Evdəki “Prezidentlərin şöhrət xiyabanı”ndakı lövhələri göstərib.
Bu zaman o, diqqəti 46-cı ABŞ lideri Cozef Baydenin portreti əvəzinə fotoda əks olunmuş avtoqələmə yönəldib: “Bu isə avtoqələmdir. Baydendir”.
Si Cinpin isə Trampın bu sözlərinə gülüb.
Tramp həmçinin Çin Sədrinin rəsmi dövlət səfəri münasibətilə təşkil edilmiş təntənəli qəbul zamanı Si Cinpinə ABŞ-nin simvollarından biri olan ağbaş qartalı əks etdirən heykəl hədiyyə edib.
“Onun dizaynı Melaniya (ABŞ-nin birinci xanımı Melaniya Tramp - red.) və mənim şəxsi iştirakımla hazırlanıb. Ağbaş qartal ABŞ-nin milli simvoludur. O, Amerikanın azad və uca ruhunu simvolizə edir. Ümid edirik ki, onun üçün Pekində gözəl bir yer tapılacaq. Bu sizin şərəfinizədir”, - ABŞ lideri deyib.
Xatırladaq ki, Çin Sədri Si Cinpinin ABŞ-yə sentyabrın 23-də başlayan dövlət səfəri bu gün başa çatacaq. Ötən gün Ağ Evdə dövlət başçıları arasında görüş baş tutub.