Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bunu Çin Xalq Respublikasının Prezidenti Sİ Cinpinq bəyan edib.
O, Pekində, Xalq Məclisində (parlament) çıxış edərək, 2021-2025-ci illəri əhatə edən 14-cü Beşillik Planın uğurla həyata keçirildiyini və ölkənin iqtisadi, elmi-texnoloji, müdafiə və ümumi milli gücünün yeni bir mərhələyə yüksəldiyini vurğulayıb. Sİ Cinpinq: "Çinin modernləşməsi yeni bir mühüm addım atıb", – deyə qeyd edib.
Sİ Cinpinq, keçən ilin "qeyri-adi" olduğunu bildirib. O, Çin Xalq Respublikasının həm daxili, həm də beynəlxalq səviyyədə çətin və qeyri-sabit şəraitlə üzləşdiyini qeyd edib. Lakin, ölkə bu çətinlikləri dəf edərək, irəliləyiş əldə edib və hökumət yeni nailiyyətlər qazanıb.
Prezident, 2025-ci ilə qədər ölkənin islahatlar sahəsində mühüm irəliləyişlər əldə edəcəyini vurğulayıb və Çin iqtisadiyyatının, xarici mənfi təsirlərə baxmayaraq, dayanıqlılığını və gücünü qoruduğunu bildirib. O, həmçinin xalqın rifahını artırmaq üçün atılan addımların aktivləşdirildiyini qeyd edib. Prezident, Çinin Yapon işğalına qarşı Müqavimət Müharibəsinin və Ümumdünya Antifaşist Müharibəsinin 80 illiyini qeyd etdiyini də xatırladıb.
Sİ Cinpinq, ölkədə korrupsiyaya qarşı aparılan mübarizənin uğurlarını vurğulayıb və ümumi ictimai-siyasi mühitin yaxşılaşdığını bildirib. O, bütün bu uğurların, Çin Kommunist Partiyası ilə xalqın birgə səylərinin nəticəsi olduğunu diqqətə çatdırıb.
"Bu nailiyyətlər ümidvericidir və qoyduğumuz zəhmət bizə daha çox inam qazandırır. Əgər biz strateji qərarımıza sadiq qalaraq, addım-addım irəliləsək, partiyanın və dövlətin işi böyük bir qələbəyə çevriləcək və məqsədlərimiz şübhəsiz gerçəkləşəcək", – deyə Sİ Cinpinq qeyd edib.
Bizimyol.info