Sİ ilə yaradılmış musiqini simfonik əsər kimi təqdim edirlər

13.11.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dirijorlara yaxınlaşmaq olmur, onların hamısının artıq menecerləri var.

Axar.az APA-a istinadla xəbər verir ki, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə Milli Məclisin Mədəniyyət Komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirdiyi ictimai müzakirədə deyib.

Xalq artisti deyib ki, həmin dirijorlar gedib başqa ölkələrdə fəaliyyət göstərirlər.

“Bəs orada hansı musiqini ifa edirlər? İnanmazsınız. Süni intellekt vasitəsilə yaradılan əsərləri təqdim edirlər. Başa düşürsünüz bu nə deməkdir? Gənc dirijorumuz musiqi baxımından dünyanın ən zəngin ölkələrindən biri olan İtaliyaya gedir və orada süni intellekt proqramları vasitəsilə yaradılmış musiqini Azərbaycan simfonik musiqisi kimi təqdim edir. Bunun adı nədir, deyə bilərsiniz mənə?”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью