Sİ nin data mərkəzləri ekoloji fəlakət yaradır?

17.11.2026

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-da fəaliyyət göstərən ən böyük 403 data mərkəzinin bir il ərzində yaratdığı karbon emissiyası Danimarkanın illik emissiyasından çoxdur. Harvard Universitetinin yeni araşdırması süni intellekt texnologiyalarının genişlənməsinin ətraf mühitə təsiri ilə bağlı narahatlıqları artırıb. Associated Press-in məlumatına görə, tədqiqatçılar 2024-cü ilin mayından 2025-ci ilin aprelinədək ABŞ-dakı 403 iri data mərkəzinin elektrik istehlakını və atmosferə buraxdığı emissiyaları araşdırıblar.

Araşdırmanın nəticələrinə əsasən, həmin mərkəzlər təxminən 82 teravatt-saat elektrik enerjisi istifadə edib. Bu, bir il ərzində təxminən 7 milyon evi elektrik enerjisi ilə təmin etmək üçün kifayət edəcək həcmdir. Elektrik enerjisinin yarıdan çoxu isə qalıq yanacaqlardan əldə olunub.

Data mərkəzlərinin fəaliyyəti nəticəsində atmosferə təxminən 25,7 milyon metrik ton karbon qazı buraxıldığı hesablanıb. Bu göstərici əvvəlki tədqiqatların nəticələrindən iki-üç dəfə yüksəkdir. Harvard Universitetinin biostatistika professoru, araşdırmanın əsas müəlliflərindən Françeska Dominici bildirib ki, bu həcmdə emissiya Miçiqan ştatının və ya kiçik bir Avropa ölkəsinin illik karbon emissiyasına bərabərdir. Onun sözlərinə görə, əlavə 2 min data mərkəzinin tikintisinin planlaşdırılması vəziyyəti daha da narahatedici edir.

Lalə Mehralı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью