Si Sinpin: Dünya işıqforu olmayan yol ayrıcına bənzəyir

13.09.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ÇXR Sədri Si Sinpin beynəlxalq münasibətlərdə "güclü olan haqlıdır" məntiqindən imtina etməyə çağırıb.
Bizim.Media  xəbər verir ki, o, Yeni-Dehidə keçirilən BRİKS sammitində çıxış edərkən bildirib ki, beynəlxalq qaydalar bütün ölkələr tərəfindən birgə işlənib hazırlanmalıdır.
"Qaydaları olmayan dünya işıqforu olmayan yol ayrıcına bənzəyir: xaos və nizamsızlıq qaçılmazdır. Qərəzsizlik və ədalət insanların ümumi istəkləridir", – deyə Si Sinpin bildirib.
Onun sözlərinə görə, gücün digər dövlətlərə şərtlərdə diktə etmək hüququ verdiyi məntiq əsassızdır və rədd edilməlidir.
Si Sinpin, həmçinin Qlobal Cənub ölkələrini beynəlxalq hüququ, dövlətlərin suveren bərabərliyini, daxili işlərə qarışmamaq prinsipini və mübahisələrin sülh yolu ilə həllini birgə qorumağa çağırıb.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью