Sİ üçün ölçü meyarı belə olmamalıdır Tahir Mirkişili

27.08.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

"Dünyaca məşhur The Economist jurnalında maraqlı bir araşdırma dərc edilib – “Süni İntellektin (Sİ) iqtisadi təsirlərini necə ölçməli?”. Əsad ideya budur ki: şirkətlər Sİ-dən nə qədər istifadə etdiklərini ölçməklə onun biznesə nə qədər dəyər yaratdığını ölçməyi qarışdırırlar. Məqalədən çıxan əsas dərs budur ki, Süni İntellektə xərclənən pul ilə Sİ-dən yaranan iqtisadi dəyəri müqayisə etmək lazımdır və bunlar ayrı-ayrı şeylərdir".

Bunu millət vəkili Tahir Mirkişili 525.az-a söyləyib. Millət vəkili bildirib ki, bir məsələ artıq tam aydındır ki, Sİ istifadəsinin artması avtomatik olaraq iqtisadi qazancın artmasına gətirib çıxarmır. Məsələn, bir işçi Sİ sayəsində 2 saat əlavə vaxt qazanırsa, amma həmin vaxtı işinin məhsuldarlığını artırmaq əvəzinə alış-veriş etməyə sərf edirsə, o zaman əldə olunan nəticə: Sİ istifadə olunub, amma real əlavə iqtisadi dəyər yaranmayıb:

"Fikrimcə, Sİ üçün ölçü meyarı belə olmamalıdır: Neçə nəfər ChatGPT istifadə edir? Əsas meyar belə olmalıdır: Sİ tətbiq etdikdən sonra iqtisadi gəlir, mənfəət və ya məhsuldarlıq nə qədər dəyişib? Bu yanaşma xüsusilə özəl şirkətlər üçün vacibdir, çünki Sİ investisiyalarında üç ayrı mərhələni fərqləndirmək lazımdır".

Sevinc Qarayeva 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью