Sibel Can 11 yaş kiçik sevgilisi ilə evlənir Toy bu tarixdə olacaq

05.09.2026

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Məşhur müğənni Sibel Can 11 yaş kiçik sevgilisi, iş adamı Emir Sarıgüllə evlənir.

BAKU.WS xəbər verir ki, cütlük sentyabrın 17-də Muğlanın məşhur turizm şəhəri Marmarisdə dəbdəbəli mərasimlə nikah masasına əyləşəcək.

Toya təxminən 500 qonaq dəvət ediləcək. Onların hotel və mərasimin keçiriləcəyi məkana aparılması üçün VIP avtomobillər təşkil ediləcək.

Xatırladaq ki, bu ilin iyulunda sənətçinin qayınatası Mustafa Sarıgül bu toyun olmasına icazə verib.

Münasibətlərini gözlərdən uzaq yaşayan cütlük tez-tez istirahətlərdə paparazzilərin kamerlarına tuş gəlirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью