Sibel Can səhnədə yıxıldı, zorla qaldırdılar VİDEO

27.11.2024

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Tanınmış türkiyəli müğənni Sibel Can konsert zamanı yıxılıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənninin ayaqqabısının dabanı uzun ətəyinə ilişdiyinə görə o müvazinətini itirib.

Sibel Canın ayağa qalxmasına bir nəfər kömək etmək istəsə də, o yerindən tərpənə bilməyib. Müğənni iki kişinin köməyi ilə ayağa qalxıb, ifasına davam edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью