Sibiqa buna görə Azərbaycanı təbrik etdi

16.11.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beynəlxalq Telekommunikasiya İttifaqının iki rəhbər orqanına - BTİ Şurasına və təşkilatın Radio Tənzimləmə Komitəsinə seçkilər indicə Dohada başa çatdı. Bu orqanlara seçilmiş bütün ölkələri, xüsusən də regionumuzun dövlətlərini - Azərbaycan, Bolqarıstan, Polşa, Çexiya, Rumıniya və Qazaxıstanı - səmimi qəlbdən təbrik edirəm.

Axar.az xəbər verir ki, bu sözləri Andrey Sibiqa X hesabında yazıb.

“Yeni üzvlərə qlobal telekommunikasiya sektorunun inkişafında səmərəli fəaliyyət və əhəmiyyətli nəticələr arzulayıram", - Sibiqa qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью