Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib

13.10.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ermənistanlı həmkarı Ararat Mirzoyanı ölkəyə səfərə dəvət edib.

Moderator.az xəbər verir ki, bu barədə Sibiqa "X" sosial şəbəkəsində yazıb.

"Ararat Mirzoyanla məhsuldar görüşüm oldu. Biz həm ikitərəfli səviyyədə, həm də daha geniş regional kontekstdə siyasi, iqtisadi və humanitar əlaqələrimizin möhkəmləndirilməsini, eləcə də ticarət və işgüzar əlaqələrin genişləndirilməsinin praktiki yollarını müzakirə etdik. Mən nazir Mirzoyanı Ukraynaya səfərə dəvət etdim", - Sibiqa yazıb.

O əlavə edib ki, Ukrayna və Ermənistan əməkdaşlığın dərinləşdirilməsi və ikitərəfli gündəliyin irəlilədilməsi potensialına malikdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью