Sibiqa: Putin 1945 ci il Yalta konfransının təkrarlanmasını arzulayır, lakin bir problem var

15.11.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Avropada təsir dairələrinin yenidən bölüşdürülməsinə nail olmaq istəyir. Lakin hazırkı mərhələdə o, ən yaxşı halda mövcud təmas xətti boyunca ədalətli atəşkəs barədə razılığa gələ bilər.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa X sosial şəbəkəsində yazıb.
Nazir Putinin Avropada təhlükəsizlik sisteminə yenidən baxılması ilə bağlı təkliflərini şərh edərək bildirib ki, Rusiya prezidenti özünü 1945-ci il Yalta konfransında təsəvvür edir.
“Problem ondadır ki, bu miqyasda təkliflər irəli sürmək üçün əvvəlcə dünya müharibəsində qalib gəlmək lazımdır”, – deyə Sibiqa vurğulayıb.
O, Rusiyanın Zaporojye vilayətindəki Malaya Tokmaçka kəndini, demək olar ki, ələ keçirmək üçün dörd il səkkiz ay vaxt sərf etdiyini qeyd edib. Nazir həmçinin Rusiyanın müharibə ərzində 1,6 milyondan çox hərbçisini öldürülmüş və yaralanmış vəziyyətdə itirdiyini, lakin işğalın heç bir məqsədinə nail olmadığını iddia edib.
Sibiqanın sözlərinə görə, Avropanın yeni təhlükəsizlik nizamına ehtiyacı yoxdur, çünki belə bir sistem artıq mövcuddur, Rusiya isə onu daim pozur.
Nazir əlavə edib ki, təhlükəsiz və azad Avropa üçün ən yaxşı plan Rusiyanın Ukraynaya qarşı təcavüzünə son qoyulmasıdır.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью