Sibiqa sarsılmaz dəstəyinə görə Hollandiyaya təşəkkürünü bildirib

22.07.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Niderlanddan olan həmkarı Kaspar Veldkamp ilə telefon danışığı aparıb.

Məlumatı “Anadolu” verib. 

Sibiqa sosial media hesabındakı paylaşımda qeyd edib ki, Ukraynaya “sarsılmaz” dəstəyinə görə Hollandiya tərəfinə təşəkkür edir.

Ukraynanın xarici işlər naziri yazıb: “Mən həmkarımı Rusiyanın Kiyevə və Ukraynanın digər şəhərlərinə son kütləvi hücumlarının dağıdıcı nəticələri barədə məlumatlandırdım. Biz Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini, hərbi yardımın artırılmasını və Rusiyaya güclü təzyiqin davam etdirilməsini müzakirə etdik”.

Sibiqa həmçinin Niderlandla “Ukraynanın dayanıqlığını gücləndirməyə və ümumi təhlükəsizliyin təmin edilməsinə yönəlmiş sıx əməkdaşlığı davam etdirməyi” səbirsizliklə gözlədiyini bildirib.

P.ƏMİRCANOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью