Sibiqa Suraxanı gəmi muzeyini ziyarət etdi Foto

25.05.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və onun rəhbərlik etdiyi nümayəndə heyəti ASCO-nun “Suraxanı” gəmi-muzeyini ziyarət edib.

Axar.az xəbər verir ki, dünyanın ilk tanker-muzeyini ziyarət zamanı qonaqlara burada nümayiş etdirilən ekspozisiyalar, multimediya və audiovizual sistemlər təqdim olunub. Həmçinin ziyarətçilərə Azərbaycanın zəngin dənizçilik ənənələri, Xəzər hövzəsində fəaliyyət göstərən ən qədim gəmiçilik şirkəti olan ASCO-nun tarixi və fəaliyyəti barədə ətraflı məlumat verilib.

Nazir Sibiqanın səfəri münasibətilə gəmi-muzeydəki audiobələdçi sisteminə Ukrayna dili əlavə edilib və ekskursiya tam şəkildə həmin dildə keçirilib.

Ukraynanın xarici işlər naziri “Suraxanı” gəmi-muzeyinin "Fəxri qonaqlar" kitabında ürək sözlərini qeyd edərək, ekskursiyadan məmnun qaldığını və Azərbaycanın dənizçilik irsinin qorunması istiqamətində görülən işləri yüksək qiymətləndirdiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью