Sibirdəki sirli vəba Putinin Çernobıl ına çevriləcəkmi?..

06.10.2026

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Rusiya hakimiyyəti 40 il əvvəl olduğu kimi, məlumatları gizlətməyə çalışır...

...Rusiyada, Sibirdə gənc laboratoriya işçisinin sirli ölümü ilə bağlı informasiya qalmaqalı qızışır.

SİA-nın əldə etdiyi məlumata görə, Newsweek yazır ki, o, biotəhlükəsizlik və bioterrorizm tədqiqatları ilə əlaqəli bir müəssisədə təhlükəli bakteriyalarla işləyirmiş.

Onun ölümündən sonra xəstəxananın işçiləri karantinə alınıb ​​və hakimiyyət orqanları qeyri-adi tədbirlər görüb.

Bu, pnevmonik taun xəstəliyinin mümkün halı barədə şayiələrə səbəb oldu, baxmayaraq ki, xəstəliyin yayılmasının rəsmi təsdiqi yoxdur.

Vəziyyət artıq Çernobılla müqayisə edilir.

Gərək ki, yadınızda olar: 1986-cı ildə Moskva dördüncü enerji blokundakı qəzanın miqyasını bir neçə gün gizlətmişdi. Dünya fəlakət haqqında yalnız İsveç mütəxəssisləri radiasiya çirklənməsini aşkar etdikdən və onun SSRİ ərazisindən gəldiyini müəyyən etdikdən sonra məlumat əldə etdi. Newsweek yazır ki, "Dəmir Pərdə arxasında heç kim fəlakət haqqında bilmirdi, çünki Moskva onu gizlətməyə çalışmışdı".

...Və indi, 40 ildən sonra Rusiya hakimiyyəti yenidən faktları gizlətməyə çalışır. Bu dəfə söhbət nüvə qəzasından deyil, ən təhlükəli infeksiyalardan biri ilə mümkün təmasdan gedir.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью