Icma.az, Sherg.az saytına istinadən bildirir.
Türkiyənin İstanbul şəhəri başda olmaqla ölkənin böyük hissəsi noyabrın 29-dan etibarən Sibirdən gələn soyuq hava dalğasının təsirinə düşəcək.
Sherg.az xəbər verir ki, bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsinin Fövqəladə Hallar Koordinasiya Mərkəzi (AKOM) məlumat yayıb.
Bildirilib ki, havanın temperaturu 8-10 dərəcə aşağı düşəcək, küləyin sürəti saatda 75 kilometrə çatacaq. Soyuq hava dalğasının bölgədə 7-10 gün davam edəcəyi gözlənilir.
Türkiyənin Meteorologiya Baş İdarəsinin məlumatına görə, bazar günündən başlayaraq ölkənin bir çox bölgəsində güclü yağış, yüksək ərazilərdə isə qar yağacaq. Mərmərə və Şimali Egey sahillərində küləyin sürətinin saatda 90 kilometrə çatacağı proqnozlaşdırılır.
Yeni həftədə İç Anadolu və Şərqi Anadolu bölgələrində də qar yağışının intensivləşəcəyi bildirilir.