Siçanların klonlaşdırılması ölümcül mutasiyalara səbəb olub

02.11.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yapon alimləri uzunmüddətli təkrar klonlaşdırmanın siçanların nəslində ölümcül genetik mutasiyaların toplanmasına gətirib çıxardığını müəyyən ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

20 il davam edən təcrübə çərçivəsində siçanlar 1206 dəfə klonlaşdırılıb. İlk 25 nəsil sağlam olsa da, sonrakı nəsillərdə genetik koddakı səhvlər artmağa başlayıb.

Tədqiqatın nəticələrinə görə, 58-ci nəslə çatdıqda klonlaşdırılmış siçanlar cəmi bir neçə gün yaşaya biliblər. Maraqlıdır ki, zahiri görünüşlərinə görə onlar ilkin siçandan fərqlənməyiblər.

Alimlər bildiriblər ki, bu, təkrar klonlaşdırmanın müəyyən mərhələdən sonra bioloji məhdudiyyətlərlə üzləşdiyini göstərən ilk uzunmüddətli təcrübədir.

Araşdırmanın nəticələri “Nature Communications” elmi jurnalında dərc olunub.

Murad İsmayıl 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью