Siciliyada nadir ikili TORNADO: 11 nəfər xəsarət aldı VİDEO

10.10.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İtaliyanın Siciliya adasının qərb sahillərində nadir ikili tornado baş verib. 
Bizim.Media xəbər verir ki, təbii fəlakət Marsala şəhərində məktəbə ziyan vurub, 11 nəfər xəsarət alıb.
Hadisə zamanı məktəbdə 273 uşaq olub. Xəsarət alanlardan 5-i böyük, 6-sı isə uşaqdır.
Onlardan 4-ü xəstəxanaya yerləşdirilib.
Bundan başqa, bir neçə məktəbin pəncərələri sınıb, binaların fasadlarına ziyan dəyib.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью