Şiddətli ağrı səbəbindən bugunkü görüşdə iştirak edə bilməyəcək

26.02.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Real"ın hücumçusu Kilian Mbappe komandasının İspaniya Kral Kuboku yarımfinalında "Real Sosyedad"la ilk matçını buraxacaq.

QOL.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. 

26 yaşlı futbolçu dişlərindəki problemə görə əməliyyat olunub. O, şiddətli ağrı səbəbindən görüşdə iştirak edə bilməyəcək. 

"Real" - "Real Sosyedad" matçı bu gün San Sebastiandakı "Real Arena"da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. İspaniya kubokunun hazırkı sahibi "Atletik"dir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью