Şiddətli öskürək jurnalistin insult keçirməsinə səbəb oldu VİDEO

18.12.2024

Sonxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şiddətli öskürək jurnalistin insult keçirməsinə səbəb oldu - VİDEO

İngiltərədə yaşayan və radio aparıcısı kimi çalışan Cenni Qou uzun müddət şiddətli öskürəklə mübarizə aparıb. Qounun vəziyyəti iki il əvvəl pisləşmişdi.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, bir səhər işə getmək üçün oyanan jurnalist yenidən öskürək tutması keçirib. Hamama girəndə 45 dəqiqə fasiləsiz öskürən qadın qəfil huşunu itirib. Evdəkilər fərqinə vardıqdan sonra xəstəxanaya aparılan Qounun üzünün sağ tərəfinin iflic olduğu müəyyən edilib.

Hazırda xəstəxanada müalicə alan jurnalist danışmaqda çətinlik çəkib və lövhəyə demək istədiyini yazıb. İnsult əlamətlərini qabaqcadan görə bilməyin əhəmiyyətini vurğulayan Qou, "Erkən diaqnoz müalicənin müsbət irəliləyişinə çox faydalı oldu. Günlərlə xəstəxanada yatdım, bir daha danışa bilməyəcəyimi səsimi və beynimi əvvəlki kimi işlədə bilməyəcəyimi düşündüm" - dedi.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью