Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, bu barədə Pakistanın Milli Fəlakətlərin İdarə Edilməsi Departamenti məlumat yayıb.
Bildirilib ki, 26 iyun - 6 avqust tarixləri arasında musson yağışları nəticəsində Pakistanda 151 nəfər ölüb, daha 448 nəfər yaralanıb.
Departamentin məlumatına görə, ölənlərin 73-ü uşaqdır.
Fırtına ölkənin şimal-qərbindəki Xayber Paxtunxva əyalətinə ən çox ziyan vurub, burada 64 nəfər ölüb. Şərqi Pəncab əyalətində isə 53 nəfər ölüb, onların çoxu binaların dağıntıları altında qalıb.
Ümumilikdə təxminən 1300 binaya ziyan dəyib, onlardan 400-dən çoxu tamamilə dağılıb. Su basmış ərazilərdən 4000 nəfər təxliyə edilib. Pakistanda musson mövsümü adətən iyundan sentyabr ayına qədər davam edir.
Mürtəza