Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Şidən BRİKS əməkdaşlığını genişləndirmə çağırışı.
Banco.az xəbər verir ki, Çin Dövlət Sədri Şi Cinpin BRİKS ölkələrinin iqtisadi artımı və texnoloji inkişafı üçün əməkdaşlığın süni intellekt, rəqəmsal sənayelər və ağıllı istehsalla genişləndirilməsi çağırışında bulunub.
"Xinhua"nın xəbərinə görə, Şi Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən 18-ci BRİKS Liderlər Sammitinin ikinci iclasında çıxış edib.
Şi çıxışında genişlənən BRİKS əməkdaşlığı üçün süni intellekt, ticarət və investisiyaların asanlaşdırılması, rəqəmsal sənaye, ağıllı istehsal və bu sahələr üçün insan resurslarının inkişaf etdirilməsini nəzərdə tutan təşəbbüslər təklif edib.
Genişlənən BRİKS əməkdaşlığının sənaye və təchizat zəncirlərinin sabitliyini təmin etməli, bazarlar arasında inteqrasiyanı gücləndirməli olduğunu bildirən Şi ənənəvi sənayelərin yenilənməsi, yüksələn sənayelərin inkişaf etdirilməsi və gələcəyin sənayeləri üçün irəliyə yönəlmiş planların hazırlanması məqsədilə birgə işləmək çağırışında bulunub.
Bizi sosial şəbəkələrdən izləyin!!