Sidik yolları infeksiyası Əlamətləri və qorunma yolları

08.07.2026

Medicina saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Sidik yolları infeksiyası (SYİ) sidik kisəsi, sidik axarları və ya böyrəklərdə yaranan bakterial infeksiyadır.

Medicina.az xəbər verir ki, xüsusilə qadınlarda daha tez-tez rast gəlinir, lakin hər yaşda və hər iki cinsdə baş verə bilər.

Əlamətləri

- Sidiyə tez-tez getmə istəyi

- Sidik ifrazı zamanı yanma və ağrı

- Az miqdarda sidik ifrazı

- Bulanıq və ya pis qoxulu sidik

- Qarnın aşağı hissəsində ağrı

- Bəzən qızdırma və bel nahiyəsində ağrı (infeksiya böyrəklərə yayıldıqda)


Risk faktorları

- Az su içmək

- Sidiyi uzun müddət saxlamaq

- Şəxsi gigiyena qaydalarına düzgün əməl etməmək

- Hamiləlik

- Şəkərli diabet

- Sidik yollarında daş və ya digər maneələr

Qarşısını necə almaq olar?

- Gün ərzində kifayət qədər su için.

- Sidiyi uzun müddət saxlamayın.

- Şəxsi gigiyenaya diqqət edin.

- Cinsi əlaqədən sonra sidiyə getmək infeksiya riskini azalda bilər.

- Pambıq alt paltarı seçin və nəm paltarı uzun müddət üzərinizdə saxlamayın.

Nə vaxt həkimə müraciət etməli?

Sidik ifrazı zamanı yanma, tez-tez sidiyə getmə, sidikdə qan, yüksək hərarət, bel ağrısı və ya şiddətli ağrı yaranarsa, həkim müayinəsi vacibdir. Antibiotiklər yalnız həkim təyinatı ilə qəbul edilməlidir.

Aygün

Medicina.az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью