Sidney yaxınlığında bir milyon dollara ada satılır | Icma.az
Oxu.az saytına istinadən Icma.az xəbər verir. Sidney (Avstraliya) yaxınlığındakı şəxsi ada 1 milyon dollara satışa çıxarılıb.
Oxu.Az "Daily Mail"ə istinadən xəbər verir ki, alıcılar müəyyən çətinliklərlə üzləşəcəklər.
Söhbət Sidneydən iki saatlıq məsafədə olan Karua çayı üzərindəki Buqi-Buqi adasından gedir. Adanın sahəsi 66,7 hektardır.
Ərazi vəhşi flora və fauna ilə əhatə olunub. Çayda miqrasiya zamanı buraya gələn balıqlar, xərçənglər və hətta delfinlər yaşayırlar.
Lakin adada nə işıq, nə də su yoxdur. Mövcud olan yeganə infrastruktur estakada, kiçik daxma və bir neçə köməkçi tikilidir.
Əvvəllər ərazidən südçülük ferması kimi istifadə olunub. Buraya çatmağın yeganə yolu qayıqla getməkdir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu