Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avstraliya hökuməti sörfçülərə köpəkbalığı hücumundan sonra Sidney sahillərindəki 20 çimərliyi bağlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə yerli "9News" telekanalı məlumat yayıb.
"Səlahiyyətli orqanlar bir sıra hücumlardan sonra üzgüçülərə ehtiyatlı olmağı tövsiyə edərək 20 çimərliyi bağlayıblar", - deyə açıqlamada bildirilib.
Məlumata görə, son 48 saat ərzində yırtıcıların sakinlərə dörd hücumu qeydə alınıb.
Mütəxəssislər yüksək temperatur və bulanıq su səbəbindən gələn həftəni üzgüçülük üçün "ən təhlükəli vaxt" adlandırıblar.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.