Sidnidən ortaqlıq üçün “böyük töhfə”

10.09.2026

Icma.az, Olay.az saytına istinadən bildirir.

Aktrisa Sidni Suini idman mərc platforması “Novig”in səhmdarlarından birinə çevrilib və onun yeni “Just Sports” reklam kampaniyasının siması olub.
OLAY yazır ki, reklam çarxında 28 yaşlı aktrisa müxtəlif idman növləri ilə əlaqəli bir neçə provokativ obrazda çıxış edib.

Kampaniyanın məqsədi “Novig”in digər platformalardan fərqli olaraq yalnız idman proqnozları üzrə ixtisaslaşdığını vurğulamaqdır. Reklam çarxında Sidni tamamilə çılpaq şəkildə görünür və intim nahiyələrini örtmək və ya rekvizit kimi istifadə etmək üçün müxtəlif idman ləvazimatlarından yararlanır.

“Heç bir müharibəyə, ölümə və siyasətə mərc yoxdur. Yalnız siz, proqnozlarınız və idman” deyə o, reklamda bildirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью