Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sumqayıtın səhiyyəsinə ağır itki üz verib.
“Yeni Sabah” xəbər verir ki, şəhərin müxtəlif tibb müəssisələrində uzun illər mədə-bağırsaq şöbəsinin müdiri kimi fəaliyyət göstərmiş tanınmış həkim Sidqəli Bayramov vəfat edib.
O, ürək dayanması nəticəsində dünyasını dəyişib. Dördpendirli pizza
1938-ci il təvəllüdlü S.Bayramov 1965-ci ildən etibarən 1 nömrəli Sumqayıt şəhər xəstəxanasında, daha sonra isə 2 nömrəli Sumqayıt şəhər xəstəxanasında fəaliyyət göstərib. O, 65 yaşından təqaüdə çıxmışdı. (Sumqayit24.az)