Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
“Siemens” artım hədəflərini yüksəldib.
Banco.az xəbər verir ki, Almaniyanın sənaye şirkəti “Siemens” nəqliyyat və süni intellekt əsaslı məlumat mərkəzlərinə güclü tələbatın təsiri ilə dördüncü rübdə gözləntiləri üstələyən əməliyyat mənfəəti açıqlayıb və orta müddətli artım hədəflərini yüksəldib.
Şirkətin açıqlamasına görə, sentyabrın 30-da başa çatan maliyyə ilinin dördüncü rübündə “Siemens”in sənaye əməliyyatlarından əldə etdiyi mənfəət ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz artaraq 3,89 milyard avroya çatıb.
Şirkət tarixində ən yüksək rüblük mənfəət göstəricisi olan bu məbləğ analitiklərin 3,71 milyard avroluq proqnozunu üstələyib.
Eyni dövrdə şirkətin gəlirləri 11 faiz artaraq 23,68 milyard avroya yüksəlib. Yeni sifarişlərin həcmi isə 58 faiz artaraq rekord həddə – 4,77 milyard avroya çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!