Sifariş edilən elektrik vintaçan əvəzinə təqaüdçü onun şəklini aldı FOTO

03.02.2025

Icma.az, Manset saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın Corciya ştatının Savannah şəhərindən olan təqaüdçü Silvestr Franklin AliExpress saytında elektrik vintaçan sifariş edib və bunun üçün 40 dollar ödəyib.

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

O, alətin özünü alacağını gözləyib, lakin satıcı yalnız elektrik vintaçanın şəklini və alət üçün dəstin bir hissəsini göndərib.

Məyus olan 68 yaşlı kişi aldadıldığını iddia edib və puluna istədiyi malları almamasına narazılığını bildirib. Uğursuz alış üçün pulu qaytarmaq tələbi ilə AliExpress qaynar xətti ilə əlaqə saxlayıb, lakin hələ cavab almayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью