Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Ağıllı qadın əvvəlcə yemək bişirməyin incəliklərini öyrənir, sevgiylə yemək hazırlayır və həyat yoldaşına, uşaqlarına yalnız özü bişirdiyini yedizdirir".
Ölkə.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanov deyib.
Onun fikrincə, bu, ailəni qadına və evə çox dərin, görünməz bağlarla bağlayır:
"Bu, Qadının gizli hakimiyyətinin özülüdür. Hələ Zərdüşt Qatalarında deyirdi : ”Yemək bişirən yeməyə yalnız fiziki deyil, həm də mənəvi, ruhi təsir göstərir”. Gözəl yazarımız, mərhum Sara Oğuz bunu çox dərin ifadə etmişdi: ”Azərbaycan qadını üçün mətbəx məsələsi iş məsələsi yox , eşq məsələsidir”.
Sifarişlə evə gətirilən yeməklər ərinizə sizin hisslərinizi deyil, bu yeməyi hazırlayanların hisslərini ötürür. Peşəkar kimi deyə bilərəm ki, bu hisslərdə daha çox deyingənlik, həyatdan narazılıq və aqressiya var. Restoranda da ( hətta bir yerdə )yemək sizi bir-birinizə bağlamır. Tam əksinə! Dəyərli, əziz və gözəl xanımlar! Ailənizi dağıtmayın, sevgi hisslərini öldürməyin, yeməyi sevə-sevə özünüz hazırlayın, özünüz yedizdirin! Ailə süfrədən başlayır. Süfrə varsa, ailə də var! Xoşbəxt olun".
Həmidə İbrahimova