Sıfır, sıfır, sıfır buna görə Rəşad Sadıqov onu göndərdi

09.08.2026

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

“Zirə”də növbəti ayrılıq yaşanıb. Konfrans Liqasında çıxış edən komandada məğlubiyyətdən sonra “yarpaq tökümü” başlayıb. Namik Ələskərov ilə yollar ayrılıb.

“Football-plus.az” olaraq, cinah yarımmüdafiəçisinin “qartallar”ın formasını geydiyi müddətdəki statistik göstəricilərini təqdim edirik.
2025/26 mövsümündə premyer-liqada 10 oyunda şans tapan vinger 4 dəfə start heyətində olub, 6 dəfə meydana sonradan çıxıb. 334 dəqiqə vaxt qazanıb. 20 dəfə isə ehtiyat oyunçular skamyasında yer alsa da, Rəşad Sadıqov ona şans verməyib. Bu müddətdə futbolçu fərqlənə bilməyib. 1 dəfə kobud oyuna görə sarı vərəqə alıb.
Azərbaycan kubokunda 4 dəfə ehtiyat oyunçular skamyasında yer alsa da, meydana çıxmayıb.
2025/26 mövsümündə, ümumiyyətlə, avrokuboklarda şans qazana bilməyib.
2026/27 mövsümündə Rəşad Sadıqov ona “Torpedo” ilə görüşlərdə ehtiyat oyunçular skamyasında yer versə də, meydançaya daxil olmasına icazə verməyib. “Payde” ilə qarşılaşmalarda iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi “Zirə”yə 2025-ci ilin yayında “Sabah”dan keçmişdi.
İSRAYIL XEYRULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью