Sıfır tullantı problemi: gələcək gəlməyəcək! | Icma.az
Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır. Sıfır tullantı, resurs və tullantıların idarə edilməsi barədə yanaşmadır.
Bu yanaşma plastiklərin davamlı istehsal və istehlak vərdişlərini dəyişməyə təşviq edir və resurslardan səmərəli istifadəni dəstəkləyir.
Sıfır tullantı anlayışı, tullantıların çoxluğunun qarşısını almağın, istehlakının azaldılmasının, təkrar istifadəsinin və təkrar emalının tərəfdarıdır.
Beləliklə, bu yanaşma, sosial həmrəylik göstərməklə müsbət sosial-iqtisadi nəticələrə nail olmağa kömək edə bilər.
Təkrar emal edilə bilən iqtisadiyyat məhsulları, komponentləri və materiallarını mümkün qədər uzun müddət istifadədə saxlamaqla tullantıları və çirklənməni aradan qaldırmağı hədəfləyən iqtisadi sistemdir.
Buna “dairəvi iqtisadiyyat” deyilir, biz bu prosesi “təkrar emal” kimi də tanıyırıq.
Dairəvi iqtisadiyyat üç prinsipə əsaslanır: istehlakı azaldın, təkrar istifadə edin və təkrar emal edin.
Bu prinsip ilk növbədə materialların və resursların istifadəsini minimuma endirməklə istehsal olunan tullantıların miqdarını azaltmağı hədəfləyir.
Tam oxu
Xəbəri oxu