Sığorta agentləri ilə bağlı xüsusi işçi qrupu yaradıldı

20.07.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ASA tərkibində sığorta agentləri ilə bağlı xüsusi işçi qrupu yaradılıb.

“Cebbheinfo.az” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Abas Miskərli ASA-da sığorta agentləri ilə keçirdiyi görüş zamanı bildirib.

Görüş çərçivəsində sığorta vasitəçiliyi institutunu maraqlandıran məsələlər, sığorta agentlərinin üzləşdiyi problemlər və onların həlli yolları, həmçinin, qanunvericilikdə sığorta vasitəçilərinə dair bölmələrə təklif oluna biləcək əlavə və düzəlişlər müzakirə olunub.

Görüş zamanı Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abas Miskərli, sığorta vasitəçilərinin fəaliyyətinin aktivləşdirilməsi və mövcud çətinliklərin həlli yollarının operativ araşdırılması və aradan qaldırılmasının stimullaşdırılması məqsədilə ASA tərkibində “Sığorta agenti” və “Sığorta brokeri” adlı iki işçi qrupunun yaradıldığını elan edib.

Qeyd edək ki, hazırda ASA tərkibində şirkət rəhbərliklərinin təmsil olunduğu “Həyat sığortaçılığı” və “Qeyri-həyat sığortaçılığı” komitələri, o cümlədən, müvafiq sahə mütəxəssislərinin üzv olduğu 20-yə yaxın işçi və ekspert qrupları fəaliyyət göstərir.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью