Sığorta hadisəsi zamanı həkim sirrini təşkil edən məlumat verilə biləcək

29.11.2024

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sığorta hadisəsi baş verdikdə həkim sirrini təşkil edən məlumat vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan verilə biləcək.

"Unikal" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Qanuna dəyişiklik  icbari tibbi sığortanın təmin edilməsi məqsədilə edilir. 

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

Anar Kəlbiyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью