Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

03.11.2026

Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır.

Kapital artımı qurumun dövriyyədə olan 17 500 ədəd səhminin nominal dəyərinin 844 manatdan 1 min 715 manata çatdırılması hesabına baş tutacaq.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb. Şirkətin səhmlərinin 96,5 %-i "ASG Business Aviation" MMC-yə, 3,5 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© "Report"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью