Sığorta şirkətinə məxsus avtomobillər 3cü dəfə təkrar hərraca çıxarılır

10.12.2024

Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 25 dekabr tarixində hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Banco.az quruma istinadən xəbər verir ki, həmin tarixdə ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə məxsus 3 nəqliyyat vasitəsi satışa çıxarılacaq.

Avtomobillərin modelləri "BMW 740", "FAW 530" və "Toyota Camry"dir. Hərraca çıxarılan nəqliyyat vasitələrinin start qiyməti isə müvafiq olaraq 20 550, 10 650 və 10 125 manatdır. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, nəqliyyat vasitələri 3-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью