Sığorta şirkətini aldatmaq istəyən tayvanlı ayaqlarını itirdi

26.06.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tibbi sığorta şirkətini aldadaraq pul əldə etmək istəyən tayvanlı hər iki ayağını itirməli olub.

Oxu.Az Kp.ru-ya istinadən xəbər verir ki, 24 yaşlı Tayvan vətəndaşı ayaqlarını 10 saat quru buzun içində saxlayıb.

O, hətta ayaqlarını buzdan çıxarmamaq üçün onları iplə bağlayıb. Lakin onun bu fırıldağının nəticəsi fəlakətli olub. Həkimlər dördüncü dərəcəli donma qeydə alıblar, gəncin hər iki ayağı amputasiya edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью