Sığorta şirkətləri 8 ayda 1 milyard manatdan çox haqq yığıblar

26.09.2025

Icma.az bildirir, Marja.az portalına istinadən.

2025-ci ilin yanvar-avqust dövründə (8 ayda) Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 1 milyard 48 milyon 74 min manat sığorta haqları hesablanıb, 603 milyon 414 min manat sığorta ödənişi həyata keçirilib.

Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin eyni dövründə sığorta şirkətləri tərəfindən 928 milyon 110 min manat sığorta haqları hesablanmış, 498 milyon 345 min manat sığorta ödənişləri həyata keçirilmişdi. 

Beləliklə, hesablanmış sığorta haqları 119 milyon 964 min manat, sığorta ödənişləri isə 105 milyon 69 min manat artıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью