Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
2025-ci ilin yanvar-dekabr ayları üzrə Azərbaycanda sığorta şirkətləri arasında ən çox sığorta ödənişi edən “Paşa Həyat Sığorta” ASC olub.
Mərkəzi Bankdan Bakıvaxtı.az-a verilən məlumata görə, şirkət hesabat dövründə 561 milyon 73 min manat ödəniş aparıb.
Şirkətlərin apardığı sığorta ödənişlərinin rekinqində “Paşa Sığorta” ASC ( 140 milyon 665 min manat) ,“Qala Sığorta" ASC ( 27 milyon 67 min manat) üçüncü olub. Siyahıda bu şirkətləri “Meqa Sığorta" ASC (16 milyon 146 min manat) “Xalq Sığorta” ASC (10 milyon 883 min manat) izləyib.
Qeyd edək ki, ötən il sığorta şirkətləri toplamda 920 milyon 395 min manat sığorta ödənişi ediblər.