Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Sığortadan pul ala bilməyən şəxs avtomobili qəzalı vəziyyətdə sürür. Avtosfer.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada baş verən hadisənin görüntüləri həvəskar kamera tərəfindən qeydə alınıb.
Belə ki, bir il əvvəl qasırğa zamanı “Lexus” markalı avtomobilin üzərinə ağac aşıb. Avtomobilini bərpa etmək istəyən avtomobil sahibi sığorta şirkətinə müraciət edib. Lakin şirkətdən imtina cavabı gəlib. Buna ağacın qırılaraq yox, kökündən aşaraq avtomobilin üzərinə aşması səbəb kimi göstərilib və bildirilib: "sığorta hadisəsi deyil".
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev