Sığortadan pul almaq istəyən ağıllı sürücünün planı belə suya düşdü VİDEO

23.11.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Sosial şəbəkələrdə yayılmış video izləyənlərin marağına səbəb olub.
 

Avtosfer.az AvtoFM-ə istinadən xəbər verir ki, hadisə ABŞ-da qeydə alınıb. Belə ki, sağdan ötmə edərək qayda pozan "Honda" markalı avtomobilin sürücüsü öz zolağı ilə hərəkətdə olan maşının önünə çıxır.

Bu zaman digər sürücü son anda qəzanın qarşısını alır. Lakin "Honda"nın xanım sürücüsü maşını geriyə hərəkət etdirərək arxadakı avtomobilə çırpır. Bununla da guya arxadan avtomobilinin vurulması görüntüsünü yaradaraq sığotdan pul almaq fikrinə düşür. Lakin dələduz qrupun planı suya düşür.

Belə ki, digər avtomobildə olan vidroqeydiyyatçı hər şeyi anbaan görüntüləyir.

Könül Rauf

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью