Sığortaolunanların sayı artıb

13.03.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 13 mart, AZƏRTAC

Bu ilin yanvar-fevral ayları ərzində fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 22,7 min nəfər artıb.

Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib. Beləliklə, bu il martın 1-nə uçota alınmış sığortaolunanların sayı 5,3 milyon nəfərdən çox olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью