Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? VİDEO

19.10.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Avtomobilin icbari sığortasının müddəti başa çatdıqda, nəqliyyat vasitəsinin istifadə olunmaması ilə onun idarə edilməsi arasında hüquqi fərq var.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rüfət Əmiraslanov bildirib ki, avtomobil idarə edilmirsə, həyət və ya məhəllədə saxlanılırsa, bu halda sığortanın müddətinin bitməsinə görə cərimə tətbiq edilməsi qanunla nəzərdə tutulmayıb.

Ekspertin sözlərinə görə, avtomobilin hərəkətdə olmadığı, sadəcə dayanacaqda saxlanıldığı vəziyyətlə sığortası qüvvədən düşmüş nəqliyyat vasitəsinin idarə edilməsi eyni hal kimi qiymətləndirilməməlidir.

Qeyd edək ki, avtomobilin icbari sığortasının müddəti bitdikdə, onun yenidən idarə edilməsindən əvvəl sığorta müqaviləsinin qüvvədə olması təmin edilməlidir. Sığortasız nəqliyyat vasitəsinin idarə edilməsi qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb ola bilər.

Eltac Züflüqaroğlu

bax.tvhttps://player.bax.tv/embed/227999.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью