Şikayət dəftəri qapanacaqmı...

02.09.2026

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Aqil CAMAL

Yalnız tibb işçilərini deyil, bütün cəmiyyəti sevindirən xəbərdir

TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları 1 sentyabr 2026-cı il tarixdən artırılır. Həm də, indiyədək adət etdiyimiz minimum artımlarla yox, əhəmiyyətli həcmdə.

Səhiyyə sistemi bəlkə də vətəndaşların ən çox üz tutduğu sahədir. O sahə ki, bir çox hallarda qarşılıqlı şikayətlə müşayiət olunan münasibətlər bu sistemin az qala naturasına çevrilib. Pasiyent həkim laqeydliyindən, tibb bacısının davranışından şikayətlənir, tibb işçisi də vətəndaşla davranışındakı nöqsanları maaşının azlığı ilə malallamağa çalışır.

Nəticədə dövlətin tibb müəssisələrinə etimad azalır, insanlar kütləvi şəkildə əl yandıran özəl klinikalara üz tuturlar.

TƏBİB tərəfindən açıqlanan əməkhaqqı artımlarına baxdım. 3000 AZN-dək artırılan maaşlar var. Ailə həkimi və sahə həkimlərinin maaşı 1150 AZN-dən 2000 AZN-ə çatdırılır. Birdən birə 74 faiz artım...

Yeni əməkhaqqı qaydaları ümumilikdə 72 212 tibb işçisini əhatə edəcək.

TƏBİB-in açıqlamasında da qeyd olunduğu kimi tibb işçilərinin əməkhaqqılarının artırılması təşəbbüsü Birinci vitse-prezident Mehriban Əliyevadan gəlib. Prezident İlham Əliyev təşəbbüsü dəstəkləyərək müvafiq tapşırıq verib.

Ümid edək ki, tibb sistemində əməkhaqqı ilə bağlı yeni qaydalar bu sahədə həm də yeni, pozitiv münasibətlərə yol açacaq, tibb işçisi dövlətdən, vətəndaş da tibb işçisindən məmnun qalacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью