Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Əli-Nino Kitab Evinin sahibi, tanınmış ictimai xadim Nigar Köçərlinin Liv Bona Dea Hospitalı məhkəməyə verməsi barədə xəbəri açşqlamasından sonra adıçəkilən tibb müəssisəsi də ona qarşı iddia qaldırıb.
Gununsesi.info-nun xəbərinə görə, Nigar Köçərli Hospitalın onu məhkəməyə verməsindən təəccübünü ifadə edib:
“Bu gün səhər LIV Bona Dea Hospital Liv Hospital qarşı məhkəməyə müraciətimlə bağlı paylaşım etmişdim. Bir neçə saat sonra xəbərləri oxudum ki, Liv Bona Dea da məni məhkəməyə verib (yəqin ki, onlarda əməliyyat olunduğum üçün.
Şikayət edən pasiyentə qarşı bir xəstəxananın məhkəmə iddiası qaldırması həm absurd, həm də gülüncdür. Belə çıxır ki, bundan sonra biz — pasientlər — şikayət yox, yalnız tərif yazmalıyıq. Əks halda, bizi məhkəməyə cəlb edəcəklər.
Mən Liv Bona Dea-da adekvat xidmət görmədim və bununla bağlı etirazımı bildirdim. Həm xəstəxananın özündə olduğum müddətdə, həm də sonradan heç bir cavab almadığım üçün öz səhifəmdə yazdım.
Onların nə deməsindən və nə etməsindən asılı olmayaraq, biz məhkəməyə müraciət etmişik və bu uzun yolu sona qədər gedəcəyik.
Günay Mahirqızı
Gununsesi.info