Icma.az bildirir, Mia.az saytına əsaslanaraq. Naxçıvan Sukanalizasiya İdarəsi Bakıya birləşdirildikdən sonra idarənin xeyli əməkdaşı işsiz q
Onlar prosedura uyğun olaraq ləğv edilən qurumdan çıxmaq üçün ərizə yazıb, yeni idarəyə qəbul edilmək üçün müraciət ediblər.
Lakin bəzi əməkdaşlar yeni işlə təmin olunsa da, bir çoxlarının ərizəsinə baxılmır.
İşsiz qalanlar əsasən idarədə rəhbər vəzifələrdə çalışmış şəxslərdir.
Onların iddiasına görə, yeni rəhbərlik onların yerinə rüşvət müqabilində başqa işçilər götürmək istəyir.
Mia.az-ın məlumatına görə, təhlükəsizlik səbəbilə adının çəkilməsini istəməyən şikayətçilərdən biri "Gündəlik Naxçıvan"a bildirib ki, bu məsələ ilə bağlı yerli Əmək Müfəttişliyinə müraciət etsələr də, nəticə əldə olunmayıb: "Yeni müdir Samir Baxşəliyev bizi qəbul etmək istəmir.
Tələb edir ki, işdən imtina ərizəsi yazaq. Deyir ki, hara istəyirsinizsə, şikayət edin.
Əmək Müfəttişliyinə və Həmkarlar İttifaqına müraciət etmişik, amma heç bir nəticəsi yoxdur.