Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistan baş naziri Nikol Paşinyan özünü sülh göyərçini kimi göstərməklə siyasi rəngini dəyişir və yeni görüntü yaradır.
Bir tərəfdən “sülh” tərəfdarı olan İrəvan, digər tərəfdən arsenalına yeni silahlar tədarük edir.
Hindistanın, Fransanın, Cənubi Koreyanın silah bazarına milyonlar xərcləyən Ermənistan əsasən hücum silahları almaqla məşğuldur.
“Sülh” istəyən ölkənin hücum silahları almaqda məqsədi nədir?
Əslində, Ermənistanın Cənubi Qafqazdakı rolu dağıdıcılıqdır və bu ölkə Qərbin əlində vasitədir.
Lazım olanda erməni kartını ortaya atan Qərb, onlardan öz məqsədi üçün istifadə edir. Bu gün də eyni ssenari davam edir.
İndi Qərbin məqsədi Ermənistandan Rusiyanı sıxışdırıb çıxartmaqdır.